Ağdaş rayonunda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı vəfat edib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Əfqan Şirinov dünən özünü yaxşı hiss etmədiyi üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Qısa müddət sonra o, xəstəxanada dünyasını dəyişib.
Onun ürəktutması səbəbindən öldüyü bildirilir.
Yaxınları isə xəstəxanada Ə.Şirinova antibiotik vurulandan sonra vəfat etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.