Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə əlaqədar Şuşada konsert təşkil edilib.
AzerTimes xəbər verir ki, Cıdır düzündə keçirilən “Dostluq” konsertində Azərbaycan Respublikasının xalq artisti Azərinin ifasında səslənən “Çanaqqala türküsü”nü Türkiyənin XİN rəhbəri Hakan Fidan da dinləyib.