“Azərikimya”da istehsal üç dəfəyə qədər artıb

“Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri
iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artıb.

SOCAR-dan AzerTimes-a verilən
məlumata görə,“Azərikimya” İB-də moderinizasiya və yenidənqurma
layihəsinin əsas mərhələsi uğurla başa çatdırılıb. Bununla da

  • “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal
    iki, bəzi məhsullar üzrə üç dəfə artıb;
  • Zavodun istismar dövrü uzadılıb, EP-300 istehsalatında bir
    sıra qurğuların etibarlılığı və səmərəliliyi yüksəldilib;
  • Layihənin icrasına 94%-i yerli mütəxəssislər olmaqla
    təxminən 2000-dən çox əlavə işçi cəlb olunub;
  • Sumqayıtda tikilmiş yeni “SOCAR Polymer” zavodunun
    dayanıqlı xammal ilə təchizatı təmin olunacaq;
  • Yeni (Əlavə) Buxar Turbogenerator qurğusunun inşası ilə
    zavodda elektrik enerjinin istehsalı 2 dəfədən çox
    artacaq;
  • “Azərikimya” İB özünün enerji tələbatını daxili imkanları
    ilə tam təmin edəcək; 35 Mvt/s izafi elektrik enerjisi isə SOCAR-ın
    digər istehlakçılarına veriləcək.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri də Sumqayıt
Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer”
kompleksinin zavodlarını dayanıqlı rejimdə və tələb olunan miqdarda
etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin
etməkdir.

Teqlər: