“Azərikimya” istehsalın tam avtomatlaşdırılmasının tamamlanacağı vaxtı açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya”
İstehsalat Birliyi istehsalın tam avtomatlaşdırılmasını 2023-cü
ilin birinci rübündə tamamlamağı planlaşdırır.

Bunu Trend
“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun direktoru Oqtay
Niftəliyəv deyib.

Onun sözlərinə görə, bu layihə quru qazın təmizlənməsi qurğusu,
propan-propilen fraksiyasının təmizlənməsi qurğusu, etilen və
propilen saxlanması üçün anbar, hidrogen istehsalı və
zənginləşdirilməsi qurğularının tikintisini nəzərdə tutur.

“Layihənin reallaşdırılması etilenin illik istehsalını 100-120
min tondan 210 min tonadək, propilen istehsalını 80-90 min tondan
170 min tonadək, müəssisinin istismar müddətini isə 20-25 il
artırmağa imkan verəcək”, – deyə o bildirib.

O.Niftəliyev, həmçinin qeyd edib ki, layihənin reallaşdırılması “SOCAR Polymer” müəssisəsini yüksək sıxlıqlı polipropilen və
polietilen istehsalı üçün xammalla təmin edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: