Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ümumi hasilat orta hesabla 458 min barel/sutka olub.
Trend bu barədə bp-nin hesabatına istinadən məlumat verir.
2020-ci ildə bu göstərici 477 min barel/sutkaya bərabər idi. Beləliklə, AÇG blokunda hasilat 3,98 faiz azalıb.
“2021-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (27 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (76 000), Dərinsulu Günəşli (86 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 458 000 barel və ya ümumilikdə təxminən 167 milyon barel, yəni 23 milyon ton olub”, – hesabatda deyilir.
Sentyabrın 18-də AÇG blokunda ümumi hasilat 4 milyard barelə çatıb.
İlin sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Qeyd edək ki, AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)