Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-iyun aylarında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin qiymətli metal ixracından gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artıb.
AzerTimes bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, hesabat dövründə “AzerGold” 46,9 milyon dollar qazanıb.
Bu ilin ilk altı ayı ərzində şirkət 25,4 min unsiya qızıl və 56 min unsiyadan çox gümüş ixrac edib.
“AzerGold” dövlət büdcəsinə 18,1 milyon manat məbləğində ödəniş həyata keçirib. Bunun 16,8 milyonu vergi daxilolmaları, 1,5 milyon manatı isə sığorta ödənişləri olub.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyəti dövründə 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib.
(Tərcümə: Orxan Nəbiyev)