Xəbər - Fidan Babayeva – Trend:
“AzerGold” QSC 2017-ci ildən etibarən dövlət büdcəsinə 54,5 milyon manatdan artıq məbləğdə vergi və rüsum ödəyib.
AzerTimes-ın məlumatına görə, bunu cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov “Zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” adlı biznes forumda deyib.
Onun sözlərinə görə, bunun 47,7 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, 6,8 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilib.
Z.İbrahimov əlavə edib ki, “Azergold” 4 il ərzində 241 min unsiyadan çox qızıl və 422 min unsiya həcmində gümüşün satışından, ümumilikdə ölkə iqtisadiyyatına 614 milyon manatdan çox vəsait cəlb edib.
(Tərcümə: Orxan Nəbiyev)