Xəbər - Samir Əli – Trend:
Vətən müharibəsində “AzerGold” QSC-nin 2 əməkdaşı şəhid olub.
Trend-n məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
O bildirib ki, həmin şəxslər qurumun əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovdur:
“Cəmityyətimizin işçiləri kapitan Ruslan Muradov, baş leytenant Tələt Tağıyev, əsgərlər Sərxan Abbasov, Şahin Ağacanov, Elmir Verdiyev, Seyran Əliyev isə torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edərək xidmətdə fərqləniblər”.