“AzerGold” QSC-nin əməkdaşları Qarabağ Dirçəliş Fonduna ianələr ediblər

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Qarabağ Dirçəliş Fonduna ianələr ediblər.

Səhmdar Cəmiyyətin kollektivi aylıq vəzifə maaşlarından ümumilikdə 60 min manatdan çox məbləğdə vəsaiti müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun tarixi qələbəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda icra olunacaq quruculuq işlərinə dəstək olmaq məqsədi ilə Fonda köçürüblər.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılıb.


“AzerGold” ailəsinin bütün üzvləri bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərilməsi təşəbbüsünə qoşulmaqla dövlətimiz və xalqımızla həmrəy olduğunu bir daha bəyan edir.

Teqlər: