“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub.
AzerTimes-ın
məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı
sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal
bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün
Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi
ilə birlikdə 2022– 2024-cü illərdə Gəncəçay-Kürəkçay sahəsində
(Çıraqlı-Zurnabad-Buzluq-Başqılaq) və Gədəbəy rayonu ərazisində
(Qaradağ-XarxarCəyirçay sahələrində), 2022-2023-cü illərdə Göygöl
rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin
aparılmasını təmin etməlidir.
Eyni zamanda “AzerGold” QSC-yə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birlikdə 2022-2023-cü illərdə Daşkəsən dəmir qrupu
yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat
işlərinin aparılması, 2022-2024-cü illrədə Balakən-Zaqatala
rayonlarında (Filizçay, Mazımçay və Katex sahələrində) geoloji
axtarış və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illərdə isə
Naxçıvan MR-də Göydağ-Ortakənd və Kükü-Zrnel və Ləkyətaq
sahələrində geoloji axtarış və kəşfiyyat işlərinin aparılması
həvalə olunub.