“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi

Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin
Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515
nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam
imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22
fevral tarixli 2515 nömrəli Sərəncamının birinci hissəsi ilə təsdiq
edilmiş “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının
tərkibi aşağıdakı redaksiyada verilir:

“Müşahidə Şurasının sədri

Mətin Eynullayev ‒ Azərbaycan İnvestisiya Holdinqinin İdarə
Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Müşahidə Şurasının üzvləri

Səməd Bəşirli – Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri

Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri

Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin
idarə olunması departamentinin Hasilat sənayesi və energetika
şöbəsinin müdiri.”.

Teqlər: