Xəbər - Elçin Mehdiyev – Trend:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib.
AzerTimes-ın məlumatına görə, bu barədə məsələ “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.
Fərmanda qeyd olunur ki, həmin Qanunun 1.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
Qeyd edək ki, həmin qanunun 1.1.10-cu maddəsində zəmanətli alıcı – elektrik enerjisinin zəmanətli tariflərlə satın alınmasını, həmçinin onun elektrik enerjisinin topdansatış bazarında satışını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).