“Azərenerji”nin elektrik stansiyaları istehsalı artırıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ildə “Azərenerji” ASC-nin elektrik stansiyaları 25,037
milyard kilovatt-saat, o cümlədən istilik elektrik stansiyalarında
23,904 milyard kilovatt-saat, su elektrik stansiyalarında 1,133
milyard kilovatt-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən
Trend
-ə verilən məlumata görə, “Azərenerji”nin elektrik
stansiyaları 2020-ci illə müqayisədə elektrik enerjisi istehsalını
8,7 faiz artırıb.

Hesabata əsasən, 2021-ci ildə Naxçıvan MR Dövlət Energetika
Xidməti üzrə 451 milyon kilovatt-saat (İES-lərdə 269,5 mln. kVt·st,
SESlərdə 130,3 mln. kVt·st, Günəş ES-də 51,2 mln. kVt·st),
“Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln.
kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2,3 milyard kVt·st
telektrik enerjisi istehsal edilib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: