Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.
Bu barədə AzerTimes-a “AzərEnerji” ASC-nin mətbuat xidməti məlumat verib.
Vurğulanıb ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.