Azerconnect şirkətindən Türkiyəyə 5 milyon TL dəstək

Azerconnect şirkətindən Türkiyəyə 5 milyon TL dəstək

Azerconnect şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə 5 milyon türk lirəsi yardım edib.

AzerTimes xəbər verir ki, dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) edilib.

Bu dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldırılacağına inanırıq!

Azerconnect ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətidir.

Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Teqlər: