Azercell Qarabağ qazilərinin xidmətində! (FOTO)

“Azercell Könüllüləri” və şirkətin Mobil Müştəri
Xidmətləri Bərpa Mərkəzinə
səfər
edib
.

Aparıcı mobil operator “Azercell Telekom”-un öz əməkdaşlarından
ibarət “Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki,
əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslər həyata
keçirməklə yanaşı, Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin
ailə üzvlərini, eləcə də, sağlamlığını itirən qazilərimizi hər
zaman diqqət mərkəzində saxlamağa çalışır. “Azercell Könüllüləri”
növbəti səfərini Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Protez Ortopedik
Bərpa Mərkəzinin Mürəkkəb Protezləşdirmə Stasionarına etdi. Həmin
bərpa mərkəzində müalicə alan qazilərimizlə bir neçə gün ərzində
görüşlər keçirən Azercell əməkdaşları təşkil etdikləri bayram
süfrəsində onlara xüsusi sovqatlarını təqdim etdilər.

1-ci və 2-ci Qarabağ müharibəsi veteranlarının keyfiyyətli
bağlantıya olan tələbatlarını nəzərə alaraq Azercell Mobil Müştəri
Xidmətləri komandası da bərpa mərkəzinə baş çəkərək onlara
təmənnasız şəkildə 30-dan çox müştəri
əməliyyatı həyata keçirdilər.
Qeyd etmək lazımdır ki, səfər
zamanı bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri
Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o
cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası
kimi əməliyyatlar həyata keçirildi. Qələbə sevincini bizə
qazandıran məğrur əsgərlərimizin rabitə imkanlarından daha rahat
şəkildə yararlanmaq məqsədilə təşkil olunmuş bu təşəbbüsdən qazilər
çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz
minnətdarlıqlarını ifadə etdilər.

Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri
mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər
edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin
bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə
xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad
olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır.

“Azercell Könüllüləri” xeyriyyə qrupu da şirkətin digər xidmət
strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya
ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial
təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.

Teqlər: