Azercell-in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçirilir (FOTO)

Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda
ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr
gözləyir

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3
Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin
birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu
ilə “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı keçirilir. Bu
möhtəşəm tədbirdə Azercell, həmçinin, xüsusi “Rəqəmsal Yaşam
Studiyası” konsepsiyası ilə iştirak edir.

Azercell “TEKNOFEST” ziyarətçilərinə onları maraqlandıran və
texnoloji tanış edən həllər, məhsul və yeniliklər təqdim edir.
Şirkət “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik”
strateji məqsədini əsas tutaraq, “TEKNOFEST Azərbaycan“
festivalındakı stendində həyatın müxtəlif sahələrində internetin
rolunu əks etdirmək üçün öz Rəqəmsal Yaşam Studiyasında “Ağıllı
şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər
mövzularda innovativ həllərə xüsusi yer verib. Əlavə olaraq,
şirkətin stendində yer alan “Azercell Life və Azercell Akademiyası”
guşəsi gənclərin təhsil və inkişafına imkan yaradan fərqli
proqramlar haqqında ziyarətçiləri məlumatlandırır.

“TEKNOFEST Azərbaycan” özündə rəqəmsal məhsullar və xidmətlər
sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli
proqramları təqdim edir. Festival çərçivəsində 8 texnoloji müsabiqə
və 3 beynəlxalq tədbirin keçirilməsi gözlənilir.

Sərgi pavilyonlarında Azərbaycan və Türkiyə Respublikalarının
dövlət və özəl qurumlarının innovativ həllər və layihələri nümayiş
olunmaqdadır. 2018-ci ildən etibarən Türkiyədə keçirilən ən böyük
aviasiya, kosmos və texnologiya festivalının məqsədi gənclərə,
tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş
fürsətlər yaratmaq, onların bilik və bacarıqlarının üzə
çıxarılmasına yardımçı olmaqdan ibarətdir.

Teqlər: