İndi Naxçıvan sakinləri də lider mobil operatorun yüksəksürətli və etibarlı mobil internet xidmətlərindən yararlana bilərlər
“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəsi çərçivəsində artıq Naxçıvan şəhərini də öz 4G əhatə dairəsinə daxil etdi. Bu bölgədə aparılan işlər hazırda davam edir və 2023-cü il ərzində lider mobil operator Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.
Qeyd edək ki, 4G texnologiyasını dəstəkləməyən sim kart istifadəçiləri nömrələrini istənilən Azercell satış və ya xidmət mərkəzinə yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən yeni sim kart ilə dəyişə və üstündə 5GB həcmində yenilənməyən internet paket də hədiyyə ala bilərlər. Ətraflı məlumat üçün: 4G
Xatırladaq ki, Azercell ötən ilin avqust ayından etibarən infrastrukturunu ölkə boyu genişləndirir və gücləndirir. Bu müddət ərzində şirkət ümumilikdə 126 yeni 4G baza stansiyasını quraşdırıb, 1200-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan və modernləşdirilən baza stansiyalar paytaxt Bakı və Abşeron ilə yanaşı, Azərbaycanın bölgələrini də əhatə edib.
Mobil şəbəkə layihəsi çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır.