Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində
tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər
uzatdı!
Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini
davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna
ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın
bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin
etmək məqsədilə Azərbaycandan-Ukrayna istiqamətində tətbiq etdiyi
ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək
(06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün Azercell
abunəçiləri üçün təqdim olunub.
Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə
riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının
alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən
güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı
şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub.
Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn
həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan
mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmaq üçün
imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24
abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi
*1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı
xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti;
“Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html