Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb.
AzerTimes-ın məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 101,8 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 60,6 faiz artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,3 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 89,2 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 49,0 faiz, məişət soyuducularının istehsalı isə 46,4 faiz artıb.