Xəbər - Elçin Mehdiyev – Trend:
Pandemiyaya baxmayaraq ölkəmiz bu ağrılı vəziyyətdən az itkilərlə çıxa bilib.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zaman deyib.
S.Qafarova bildirib ki, pandemiya dövründə ölkəmizdə sosial paket icra olunub, sahibkarlara vergi güzəştləri tətbiq olunub.
Spiker vurğulayıb ki, pandemiya dövründə qeyri-neft sektorunun 11 faiz artması düşünülmüş siyasətin nəticəsində mümkün olub.
S.Qafarova əlavə edib ki, koronavirus və müharibənin xərclər tələb etdiyi bir şəraitdə düzgün siyasət nəticəsində ölkəmizin valyuta ehtiyatları qorununb saxlanılıb və hətta artırılıb. Spiker bldirib ki, Azərbaycan qazı artıq Avropa məkanına çatır.