Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan vətəndaşlarının Moldovaya gətirilməsilə bağlı
ölkəmizin buradakı səfirliyi və diasporamız işə cəlb olunub.
Bunu Trend-in
suallarını cavablandırarkən Azərbaycanın Moldovadakı səfiri Qüdsi
Osmanov bildirib
Q. Osmanovun sözlərinə görə, Ukraynanın hava məkanı bağlı
olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı
vasitəsilə tərk edə bilmirlər.
“Bu səbəbdən Azərbaycan Respublikası vətəndaşları Ukraynanın
Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri
vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər.
Moldova tərəfi yaranmış humanitar vəziyyətlə bağlı quru sərhədi
keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVİD-19
pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd)
və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb
etməyəcəkdir”, – deyə o qeyd edib.
Səfir bildirib ki, Moldova hökuməti Ukraynadan gələnlərin
qalması üçün çadır şəhərcikləri qurub. Həmin çadır şəhərciklərində
Azərbaycan Respublikası vətəndaşların da var. Müəyyən hiissəsini
isə hostellərə yerləşdirmişik.
“Moldovanın hava məkanı bəlli səbəblərdən bağlıdır. Bu səbəbdən
vətəndaşlarımız hələ ki, Moldovanı tərk edə bilmirlər. Hava
məkanının bağlı olmasına görə Azərbaycan vətəndaşları ölkəmizə
gəlmək üçün Moldovadan Rumıniyaya ordan Bolqarıstana, ordan isə
İstanbula getməlidir. İkinci yol kimi isə vətəndaşlarımız Buxarestə
getməli ordan da hava yolu ilə İstanbula uçmalıdırlar”, – deyə
Q.Osmanov bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
jurnalistlərə bildirib ki, dünən və bu gün ərzində 199 Azərbaycan
vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk
edib.
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81
361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və
[email protected] elektron poçtu vasitəsilə
əlaqə saxlaya bilər.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının
Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və
[email protected] elektron poçt ünvanı, Xarkov
şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və
[email protected] elektron poçt ünvanı ilə
məlumat əldə edə bilərlər.
Twitter:@FaridZohrabov