Azərbaycanlıların mis mədəni belə istismar edilir – Deputat

Azərbaycanlıların mis mədəni belə istismar edilir – Deputat

Şərqi Azərbaycan əyalətinin Süngün mis mədəni ilə bağlı problemin həll olunması üçün maraq göstərilmir.

AzerTimes xəbər verir ki, bu sözləri Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi deyib.

“Mis mədəninin müstəqil fəaliyyət göstərməsi və gəlirlərinin əyalətdə qalması üçün şirkət yaradılmasına maneə törədilir. Ona görə ki, Azərbaycan nümayəndələrinin hesabat istəməsindən qorxurlar. Xalqın mənafei bir sıra şəxslərin şəxsi marağına qurban verilir”, – millət vəkili bildirib.

Qeyd edək ki, Süngün – Yaxın Şərqin ən böyük mis mədənidir. Süngün mis mədənindən əldə edilən xammalın Kirman əyalətinə daşınması, əldə edilən gəlirin başqa əyalətlərə xərclənməsi əyalət məsulları, millət vəkilləri tərəfindən tənqid olunur.

Teqlər: