Azərbaycanlılar Xudavəngə buraxılmadı? – Video

Azərbaycanlılar Xudavəngə buraxılmadı? – Video

Sosial şəbəkələrdə Azərbaycanın Alban-Udi Dini İcması nümayəndələrinin Xudavəng məbədinə buraxılmadığını əks etdirən görüntülər yayılıb.

AzerTimes xəbər verir ki, görüntülərdə icma nümayəndələrinin məbədi ziyarətinə Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti yerləşdirilən rus sülhməramlılarının icazə vermədiyi görünür.

Halbuki 23 mayda yayılan məlumatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələrinin Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etdiyi haqda məlumat verilib.

Yayılan görüntü ilə bağlı saytımıza danışan Alban-Udi Dini İcmasının sədr müavini Rafik Danakari bildirib ki, sülhməramlılar əvvəlcə bu səfərdən məlumatsız olduqlarını bildiriblər:

“Ancaq Azərbaycan Müdafiə Nazirliyinin müdaxiləsindən sonra məsələ öz həllini tapdı. Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələri Xudavəng məbədini ziyarət edib, dini ayinlərini icra etdilər”.

Teqlər: