Bakıda Azərbaycan vətəndaşları Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım toplayır.
AzerTimes xəbər verir ki, yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.
Yardımlar əsasən, zərərçəkənlərin ehtiyacları olan qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator və təmizlik alətləri və s.-dən ibarətdir.