İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin azərbaycanlı tələbələrindən ibarət olan “DroneX” komandası “Texnofest-2023” festivalı çərçivəsində Türkiyədə təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını verdikləri dronla ən yüksək nəticə göstəriblər.
AzerTimes xəbər verir ki, azərbaycanlı tələbələrin işi 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində qızıl medala və kuboka layiq görülüb.
Qeyd edək ki, komandanın mükafatı bu gün təqdim ediləcək.