Ötən il Türkiyədə yaşamaq icazələrinin sayına görə ruslar xarici vətəndaşlar arasında birinci yeri tutub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Miqrasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, ötən il bu ölkədə yaşamaq icazəsi olan əcnəbilərin ümumi sayı 1 milyon 354 min nəfərdən çox olub. Türkiyə hakimiyyəti Rusiyanın 153 mindən çox vətəndaşına yaşamaq icazəsi verib. Alınan yaşayış icazələrinin sayına görə ikinci yeri İraq vətəndaşları (131 min nəfər) tutub. Üçüncü sırada suriyalılar (100 mindən çox), dördüncü yerdə isə ukraynalılar (47 mindən çox) gəlir.
Qeyd olunur ki, 132 mindən çox rusiyalı Türkiyədə bir ilə qədər qısa müddətə verilən turistik yaşayış icazəsi ilə yaşayır. Azərbaycan isə qohumluq əlaqələri əsasında yaşamaq və ya təhsil almaq üçün verilən icazələrin sayına görə liderdir.