Azərbaycanlılar Pezeşkiandan nə istəyir? – Keçmiş vali açıqladı

Azərbaycanlılar Pezeşkiandan nə istəyir? – Keçmiş vali açıqladı

Azərbaycanlılar yeni hökumətin tərkibinə azərbaycanlı mütəxəssislərin cəlb olunması ilə bu günə kimi olan ayrı-seçkiliklərin aradan qaldırılmasını istəyirlər.

AzerTimes xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədi deyib.

O, azərbaycanlıların ölkədə ümumi birliyin qurulmasındakı rolundan danışıb və buna görə də mərkəzi əyalətlərlə fərqin azalması, ədalətli vəziyyətin yaranması üçün Azərbaycan əyalətlərinə diqqət göstərilməsinin vacibliyini deyib.

Keçmiş vali Məsud Pezeşkianın prezident seçilməsini azərbaycanlılar üçün tarixi fürsət adlandırıb, balanslaşdırılmış inkişafın reallaşması üçün səlahiyyətlərin ədalətli bölüşdürülməsini və mərkəzsizləşdirmə siyasətindən imtina etməyi təklif edib.

Teqlər: