Azərbaycanlılar mənə çox yaxşılıq ediblər – Stepanyan

Azərbaycanlılar mənə çox yaxşılıq ediblər – Stepanyan

Mən Xankəndidə yaşayırdım. Bundan əvvəl işığımız yox idi. Sağ olsunlar, dünən bizə işıq verdilər.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu erməni əsilli Qarabağ sakini Volodya Stepanyan deyib.

O, Xankəndiyə qayıdıb-qayıtmayacağını hələ dəqiq bilmədiyini qeyd edib:

“63 yaşım var, tək yaşayıram. Hələ geri qayıtmaq barədə konkret qərar verməmişəm”.

Stepanyan vaxtilə azərbaycanlılarla birgə işlədiyini deyib:

“O zaman müdirim mənə çox yaxşılıq edən Nazir Dadaşov idi. Mənim azərbaycanlılarla heç bir problemim olmayıb”.

Teqlər: