Azərbaycanlılar Fransa Senatı qarşısında aksiya keçirəcək

Azərbaycanlılar Fransa Senatı qarşısında aksiya keçirəcək

Sadə azərbaycanlıların Fransa Senatının əxlaqazidd qətnamə layihəsinə qarşı yaratdıqları petisiya artıq 115 min imza topladığı bir vaxtda, azərbaycanlıların Senat qarşısında etiraz aksiyaları keçirəcəkləri məlum olub.

AzerTimes xəbər verir ki, bu, səsvermə günü baş tutacaq. Səsvermənin nəticələrindən asılı olmayaraq, ictimaiyyətimizin bu məsələyə münasibətini bu qədər dəqiq və aydın şəkildə ifadə etməsi sevindiricidir.

Beləliklə, biz açıq şəkildə göstərdik ki, rəsmi Parisin hərəkətlərini pisləmək ümummilli mövqedir.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatına ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın altı üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa Birliyi ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.

Teqlər: