Azərbaycanlılar bu gün qərar verəcək: Pezeşkian, ya Cəlili?

Azərbaycanlılar bu gün qərar verəcək: Pezeşkian, ya Cəlili?

Bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək.

AzerTimes xəbər verir ki, ikinci turda birinci turun qalibi azərbaycanlı millət vəkili, sabiq nazir Məsud Pezeşkian və dini lider Əli Xameneinin TŞ-dəki nümayəndəsi Səid Cəlili mübarizə aparacaq.

Ötən gün yayılan son sorğuya görə, Məsud Pezeşkian ikinci turda da favorit hesab edilir. Belə ki, respondentlərin 52%-i Pezeşkianın prezident olmasını dəstəklədiklərini bildirib.

İranda 61 milyon 452 mindən çox seçici var. Seçki prosesində 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.

Seçki məntəqələrinin 18:00-da bağlanacağı bildirilsə də, səsvermənin uzadılacağı ehtimalı yüksəkdir. Belə ki, birinci turda səsvermə müddəti gecə yarısına qədər uzadılmışdı.

Teqlər: