Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti Nəimi Amiral Amerikanın 5-ci Donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
AzerTimes xəbər verir ki, bu barədə Nəimi Amiralın dostu, diaspora üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat yayıb.
Qeyd edək ki, Amerikanın 5-ci Donanması Bəhreyndə yerləşir. 5-ci Donanma Fars Körfəzi, Hind Okeanı və 22 Yaxın Şərq ölkəsini əhatə edən böyük bir coğrafiyanın təhlükəsizliyini təmin edir. Nəimi Amiral bundan əvvəl Pentaqonda, Dəniz Qüvvələri mərkəzi aparatında Rusiya və Avropa şöbəsinə rəhbərlik edirdi. Bu günlərdə komandanlıq tərəfindən Nəimi Amiral bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, Nəimi Amiral 20 ilə yaxındır Amerika Hərbi Dəniz Qüvvələrində xidmət edir, və polkovnik rütbəsi daşıyır. Azərbaycanın tanınmış mədəniyyət və insəsənət xadimləri ilə dostluq münasibətləri var. Oğlu Kamal Amiral şahmatla peşəkar səviyyədə məşğul olur və Azərbaycan dilində səlis danışır.