Azərbaycanlı xanım Kiyev Şurasının deputatı seçildi

Azərbaycanlı xanım Kiyev Şurasının deputatı seçildi

Ukraynada yaşayan həmyerlimiz Kiyev Şəhər Şurasının deputatı seçilib.

25 oktyabrda keçirilən seçkilərin nəticələrinə görə, Dinarə Həbibullayeva keçmiş Prezident Petro Poroşenkonun sədri olduğu “Avropa həmrəyliyi” Partiyasından Kiyev Şəhər Şurasının deputatı seçilib.

Qeyd edək ki, seçkilərdə D. Həbibullayevadan əlavə 3 azərbaycanlı namizəd olub. Onlar Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Krivoy Roq şəhəri üzrə sədri Rəmzi Rzyaev, Xarkov şəhəri, 170 saylı birmandatlı seçki dairəsindən Nuriyev Ağamirzə, Dnepr vvə Poltova vilayətindən millət vəkili olmuş Muxtarov Fəxrəddindir.