Azərbaycanlı xanım edama məhkum edildi – Bəyanat

Azərbaycanlı xanım edama məhkum edildi – Bəyanat

Beynəlxalq Əfv Təşkilatı Rəşt şəhərinin həbsxanasında saxlanılan və edama məhkum edilən azərbaycanlı fəal Şərifə Məhəmmədi ilə bağlı bəyanat yayıb.

AzerTimes xəbər verir ki, bu barədə təşkilatın media hesabında paylaşım edilib.

Bəyanatda xanım fəalın məhkəməsinin ədalətsiz keçirildiyi deyilib, onun barəsində çıxarılan ölüm hökmu pislənilib, qərarın ləğvi və Şərifə Məhəmmədinin sərbəst buraxılması tələb olunub.

Qeyd edək ki, miliyyətcə türk olan Şərifə Məhəmmədi 5 dekabr 2023-cü ildə həbs edilərək Lakan həbsxanasına köçürülüb. Xanım Məhəmmədi “xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamı ilə edama məhkum edilib.

Teqlər: