Azərbaycanlı vəkilə 5 il həbs cəzası verildi

Azərbaycanlı vəkilə 5 il həbs cəzası verildi

Güney azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihi həbs cəzasına məhkum edilib.

AzerTimes xəbər verir ki, bu barədə onun vəkili Zəhra Minuyi məlumat yayıb.

Onyn sözlərinə görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Fəqihini 5 il azadlıqdan məhrum edib.

“Ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham olunan azərbaycanlı vəkil barədə əlavə cəza da verilib. Belə ki, Məhəmmədrza Fəqihi həbs cəzasını çəkdikdən sonra 2 il müddətinə vəkillik fəaliyyəti göstərə, ölkədən çıxa, siyasi təşkilat və qruplara üzv ola bilməz.

Qeyd edək ki, Tehranda yaşayan ərdəbilli Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

Teqlər: