Xəbər - Cani Babayeva – Trend:
Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının birinci günündə üçlüklər (12-14 yaş) arasında finalçılar müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımovadan ibarət azərbaycanlı üçlük 17.950 xal yığaraq finala yüksəlib.
Bundan başqa, finala rusiyalı (19.000 və 18.650 xal), macarıstanlı (18.550 və 17.950 xal), portuqaliyalı (18.050 xal), bolqarıstanlı (17.900 xal) və ukraynalı (17.800 xal) üçlüklər finalçı olub.
Məryəm Topçubaşova, Fidan İbrahimova və Evelina Kozlovskayadan ibarət digər azərbaycanlı üçlük 17.600 xal toplayaraq 10-cu yeri tutub.
(Tərcümə: Cani Babayeva)