Azərbaycanlı Türkiyədə ağır yol qəzası törədib

Xəbər - Humay Ağacanova – Trend

Azərbaycanlı Türkiyədə ağır yol qəzası törədib.

AzerTimes-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Zincirliquyu istiqamətindən Beşiktaşa gedən Azərbaycan əsilli Rəfail Əliyevin istifadə etdiyi Azərbaycan dövlət nömrə nişanlı, 99 MB 888 nömrəli avtomobil Oktay Aray adlı şəxsin idarə etdiyi 34 TAB 06 nömrəli taksiyə çırpılıb.

Qəza nəticəsində taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra kənarda dayanmış mikroavtobusa dəyib.


Qəza yerinə xilasedicilər və polis cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlərin və ətrafdakı vətəndaşların köməkliyi ilə xilas edilib və ağır vəziyyətdə. xəstəxanaya çatdırılıb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Teqlər: