Oktyabrın 21-də Güney Azərbaycanın Zəncan, Urmiya, Ərdəbil və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə Azad İçilər Birliyi məlumat yayıb.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq, problemləri həll olunmamış qalıb.