Sentyabrın 30-da Güney Azərbaycanın Təbriz, Ərdəbil və Urmiya şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “İlna” məlumat yayıb.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.