Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Qəhrəmanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Qəhrəmanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.
Belə ki, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:
“Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.
Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:
“Valideynlərinin də məlumatı var”.