Azərbaycanlı idmançıda dopinq aşkarlandı

Azərbaycanlı idmançıda dopinq aşkarlandı

Azərbaycan samboçusu dopinqdən istifadə etdiyi üçün cəzalandırılaraq, yarışmalardan uzaqlaşdırılıb.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Xəbərə görə, Vüqar Şirinov diskvalifikasiya olunub.

Samboçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində furosemid maddəsi tapılıb. O, bu səbəbdən 24 ay cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2020-ci il yanvarın 14-dən hesablanmağa başlanılıb və 2022-ci il yanvarın 14-də bitəcək.