Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı

Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı

Rusiyanın Yeni Moskva rayonunun Sosenskoe yaşayış məntəqəsinin sakini 15 yaşlı qızının qaçırılması ilə bağlı polisə müraciət edib.

AzerTimes Yenipress.az-a istinadən xəbər verir ki, şikayətçi əslən Azərbaycandan olan bir kişinin ona zəng vuraraq qızını evlənmək məqsədilə qaçırdığını deyib.

Rusiya mətbuatının məlumatına görə, 15 yaşlı qız heç yerdə təhsil almır, gözəllik salonunda işləyir. Qız özü təsdiq edib ki, sevgilisi ilə könüllü gedib. Onunla evlənmək istəyir və evə qayıtmağı fikirləşmir. Amma buna baxmayaraq, qızın atası polisə müraciət edib.

Kişinin polisə müraciətindən sonra qızın anası hüquq-mühafizə orqanlarına yazıb. Qadının sözlərinə görə, qızına qarşı heç bir zorakılıq edilməyib və axtrarış dayandırılmalıdır.

Teqlər: