Türkiyənin İstanbul şəhərində 2-ci “Sənət və Tarix” sərgisi işə
başlayıb.
AzerTimes-ın məlumatına görə, sərgidə Azərbaycan rəssamı Nurlana
Hacıyevanın əsərləri də nümayiş etdirilir.
Sərgi erkən orta əsrlər dövründən qalmış “Antic Cisterna”
salonunda keçirilir. Azərbaycanlı rəssamla yanaşı, tədbirdə 20-yə
yaxı rəssamın işləri təqdim olunur.
Sərgi martın 2-dək davam edəcək.
Qeyd edək ki, N.Hacıyevanın əsərləri bir müddət əvvəl Londonda
Azərbaycan rəssamlarının sərgisində, Bakıda İtaliya Səfirliyinin
təşkil etdiyi “Futurismo Ora” sərgisində nümayiş etdirilmişdi.