Azərbaycan əsilli rusiyalı reper Ca Kalibin (Bəxtiyar Məmmədov) Daşkənddəki konsertində böyük izdiham yaşanıb.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, konsertin keçirildiyi “Humo Arena” idman kompleksinin böyük sıxlıq yaşanıb. Sıxlığı səbəb isə bir neçə dələduzun saxta bilet satması olub.
Yalnız Milli Qvardiya əməkdaşlarının işə qarışmasından sonra sakitlik yaranıb. Bir neçə dələduz saxlanılıb.