Rusiyada “Ptaxa” ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev Donetsk vilayətində atəş altında qalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, David həmkarı “Andrey 3022” ilə birlikdə Donbasa humanitar missiya ilə gəlib. Atışma anını kameraya çəkən reper sözügedən videonu dostlarına göndərib Hadisədən sonra reper və dostundan xəbər almaq mümkün olmayıb.