Azərbaycanlı qardaşlar bu hüquqlardan məhrum edildi

Azərbaycanlı qardaşlar bu hüquqlardan məhrum edildi

Mərkəzi əyalətin Savə şəhərindən olan Suruş Abbasi, Kərəm Abbasi və Əmin Abbasi qardaşları Kirmanşahın Dizelabad həbsxanasında qeyri-müəyyən şəraitdə saxlanılırlar.

AzerTimes xəbər verir ki, onların vəkillə təmin olunması, ailə üzvləri ilə görüşü və telefon əlaqəsinə icazə verilmir.

Hər 3 qardaş saxlanıldıqdan sonra təhlükəsizlik təcridxanasında dindirilib və həbsxanaya köçürüldükdən sonra 22 gün təkadamlıq kameralarda saxlanılıblar.

Qeyd edək ki, Əmin və Suruş Abbasi Ələvi Mədəni Fəalları Məşvərət Məclisinin 5 üzvü ilə birgə noyabrın 30-u, Kərəm Abbası isə dekabrın 1-də saxlanılıb.

Teqlər: