Azərbaycanlı qanuni oğruların qanlı “razborkası”…

Azərbaycanlı qanuni oğruların qanlı “razborkası”…

Moskva vilayətinin Leninski rayonunda, “Vidnaya Zastava” restoranın yaxınlığında Azərbaycandan olan kriminal qruplar arasında qanla bitən “razborka” olub.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, hadisənin bir neçə gün əvvəl baş verdiyi deyilir.

Məlumata görə, kriminal aləmdə daha çox Rufo Gəncinski kimi tanınan 42 yaşlı qanuni oğru Ülfət Tağıyev Dato Ağcabədinski kimi tanınan 38 yaşlı “qanun oğru” Cavid Məmmədovla “razborka” edib. Onların hər ikisinin yanında öz adamları olub.

Mübahisə sonradan silahlı atışmaya çevrilib, nəticədə bir azərbaycanlı öldürülüb, biri isə çiynindən yaralanıb.

İddiaya görə, dindirilmə zamanı ekspertlər belə qənaətə gəliblər ki, Rufo Gəncinski narkotikin güclü təsiri altında olub. Belə ki, əməliyyatçıların suallarını cavablandırarkən qeyri-adekvat olub. Eyni zamanda, ondan “qanuni oğru” olub-olmaması barədə soruşulduqda tərəddüd etmədən “oğru statusu”nu təsdiqləyib.

Bununla belə, azərbaycanlı qanuni oğru haqda sərt tədbir görülməyib. Bildirilir ki, Moskvada cinayət aləminə nəzarət etmək üçün asayiş keşikçiləri hər millətdən bir və ya iki “qanuni oğru”nun azadlıqda qalmasında maraqlıdır.

İndi Qafqazda kriminal qruplar arasında azərbaycanlılar ən zəngin və təhlükəli sayılırlar. İndi onlara eyni anda üç “qanuni oğru” nəzarət edir: Rufo, Taleh və Vaqif.

Sonuncu ikisi bir-biri ilə münasibətləri yaxşıdır, Rufoya isə məsafəli davranırlar.

Xatırladaq ki, Rufo Gəncinski 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından sayılırdı. Gəncinski 2012-ci ildə Dubayda Lənkəranskinin Moskvada hökmranlıq edən “Ded Xasan” klanı ilə qarşıdurmanın qızğın vaxtında qanuni oğru adı alıb. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlanılıb. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib.

8 illik cəzasını çəkdikdən sonra onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Rufonun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və hazırda Moskvada yaşayır. Başqa bir məlumata görə, Rufo Rövşən Lənkəranskinin yaxın qohumu Zaurun yanındadır. Onun tez-tez Moskvanın mərkəzindəki Novıy Arbat küçəsində yerləşən “Matç Point” restoranında olduğu da deyilir.

Cavid İltizam oğlu Məmmədov isə 1985-ci il martın 14-də Ağcabədidə anadan olub. Bir müddət sonra o, Moskvaya köçüb, orada yaşayıb. Burada kriminal aləmə qoşulub.

2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək həbs edilib. Moskva şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2006-cı ildə Rusiyanın ən ağır cəzaçəkmə müəssisəsi olan “Vladimir Sentral”a göndərilib. 2013-cü iyunun 27-də Yunanıstanda keçirilən “sxodka”da ona “qanuni oğru” adı verib.

Teqlər: