Təbrizli din xadimi Seyid Məhəmmədrza Mirtacəddini növbədənkənar prezident seçkiləri üçün namizəd kimi qeydiyyatdan keçib.
AzerTimes xəbər verir ki, bu barədə yerli mediya məlumat yayıb.
Qeydiyyatdan keçdikdən sonra media nümayəndələri qarşısında çıxış edən Mirtacəddini iqtisadi islahat yox, iqtisadi inqilab edəcəyini deyib.
Qeyd edək ki, Mirtacəddini bundan əvvəl üç dövr Təbrizin İran parlamentindəki nümayəndəsi olub.