Azərbaycanlı paracüdoçu Tokioda bürünc medal qazanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycanlı paracüdoçu Namiq Abaslı Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə kişilər arasında 66 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

AzerTimes-ın məlumatına görə, idmançı üçüncü yer uğrunda yarışda ukraynalı paracüdoçu David Xoravanı məğlub edib.

Qeyd edək ki, Azərbaycan komandası Paralimpiya oyunlarında bu günədək 3 qızıl, 2 bürünc medal qazanıb.


Teqlər: