Yaxın zamanda Azərbaycana səfərim olacaq. Azərbaycanla Türkiyə arasında teatr sənətinin inkişafı ilə bağlı, eləcə də çox darıxdığım ata-baba torpaqlarımızı görməyə gedəcəyəm. Əslən azərbaycanlı olmağımla qürur duyuram.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi Tamər Qaradağlı bildirib.
T.Qaradağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan 3-cü Müştərək Toplantısını da dəyərləndirib.
“Türkiyə ilə Azərbaycan arasında qurulan əlaqələr qarşıdakı müddətdə daha da yüksələcək. Əməkdaşlıq mübadiləsi davam edir, mədəniyyət sahəsində də həmçinin. Bu baxımdan, toplantı da çox məhsuldar keçdi”, – o vurğulayıb.